Xəzər Xəbər

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşları həbs edilib - FOTO

Hadisə | 15:33 • 7 Yanvar 2019
Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşları həbs edilib -

"Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində Azər­bay­cana gələn İran vətəndaşları, 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçiri­lərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan "heroin” aşkar olunub.

Dövlət Sərhəd Xidmətidən xezerxeber.az-a verilən məlumata görə, narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daş­ları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 2019-cu il 03 yan­var tarixində Azərbaycan Respublikasının vətən­daşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmə­dov Danil Səfərəli oğlu saxlanılmışdır.

Fakt üzrə cinayət işi başlanılmış, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində "həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar