Xəzər Xəbər

Ukraynada iki türk qızı öldürən qatildən ŞOK ADDIM: atasının məzarı üstündə...

Hadisə | 14:12 • 7 Yanvar 2019
Ukraynada iki türk qızı öldürən qatildən

Ukraynanın Xarkov şəhərində 22 yaşlı Buket Yıldız və onun həmyaşıdı Zeynəb Hüsünbeyi öldürən Hüsnü Can Ç. həbs edilib.

Hüsnü Can Ç.-yə qarşı "əvvəlcədən planlaşdıraraq vəhşicəsinə qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Pendikdə bir qəbiristanlıqda saxlanılan qatilin atasının qəbri üstündə qoyduğu qeyd və əşyalar diqqət çəkib.

Belə ki, o saxlanılmazdan əvvəl atasının Kurtköydəki məzarını ziyarət edib. Qəbirin yanına bir şüşə araq, silah qabı, bel çantası, ov bıçağı qoyub. Həmçinin bir kağıza "Dünyada ədalət yoxdur. Həbs də etsəniz, mən hər gün cəzamı çəkirəm”, - deyə qeyd yazaraq qəbrin yanına qoyub.

H.Can qızları öldürdükdən sonra onlara aid netbuk və mobil telefonu da götürüb. Onları Pendikdə bir mağazaya satıb.

Xəbər lenti