Xəzər Xəbər

Partlayış olan binanın sakinləri kirayə evlərə köçürüləcək

Hadisə | 13:15 • 22 Noyabr 2018
Partlayış olan binanın sakinləri kirayə evlərə köçürüləcək
Gəncə şəhərinin Kəpəz rayonunda partlayış baş verən yaşayış binasının sakinləri yeni təmir olunmuş yataqxanaya köçürülüblər.

Binadakı 36 mənzildə yaşayan ailələr müvəqqəti olaraq yataqxanaya yerləşdirilib. Sakinlər tezliklə kirayə mənzillərlə təmin olunacaqlar.


Belə ki, uçqun baş verən binanın yerində yenisi tikiləcək və həmin ailələr bina tam hazır olduqdan sonra evlərinə köçə biləcəklər.

Qeyd edək ki, hadisə zamanı həlak olan şəxslər ötən gün dəfn olunub, şəhər rəhbərliyi yas mərasimində iştirak edib.

Gəncənin deputatı Naqif Həmzəyev Azvision.az-a bildirib ki, şəhər rəhbərliyi tərəfindən bütün lazımi işlər yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində binanın bir hissəsi uçub. 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, bir nəfər isə yaralanıb.

Xəbər lenti

Çox oxunanlar