Xəzər Xəbər

Daşkəsəndə yanğın zamanı ölən uşaqlar... FOTOLARI

Hadisə | 15:21 • 14 Noyabr 2018
Daşkəsəndə yanğın zamanı ölən uşaqlar...
Xəbər verdiyimiz kimi, noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində dəhşətli yanğın olub. Hadisə kənd sakini 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus evdə baş verib.


Yanğın nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı ölüb.

XəzərXəbər yanğın zamanı həlak olan uşaqların fotolarını təqdim edir:

2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı

2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu

2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu

2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı

Qeyd edək ki, yanğın nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı da uşaqların yanında olub.








Xəbər lenti

Çox oxunanlar