Xəzər Xəbər

İki nəfərdən tüfəng götürülüb

Hadisə | 13:31 • 3 Noyabr 2018
İki nəfərdən tüfəng götürülüb
Biləsuvar və Saatlı rayon sakinlərindən tüfəng götürülüb.


XəzərXəbər DİN-in saytına istinadən xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bağbanlar kənd sakini Habil Şahbazovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng və 24 ədəd patron götürülüb.

Həmçinin Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qara Nuru kənd sakini Kamil Fətullayevdən müvafiq sənədləri olmayan "TOZ-63” markalı tüfəng götürülüb.

Xəbər lenti

Çox oxunanlar