Xəzər Xəbər

Bakıda MÜDHİŞ HADİSƏ: “Quran”ın qızıl qabı, svarovski daşlar, külli miqdarda dollar və...

Hadisə | 14:13 • 29 Oktyabr 2018
Bakıda MÜDHİŞ HADİSƏ:

Bakı sakininin evindən külli miqdarda pul və bahalı qızıl-zinət əşyaları oğurlanıb.

Nəsimi rayonu Vidadi küçəsində yaşayan 1964-cü il təvəllüdlü Sevda Hacıyeva polisə müraciət edərək bildirib ki, oktyabrın 6-dan 27-dək evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər mənzilin pəncərəsini sındırmaq yolu ilə oğurluq edib. Qadının sözlərinə görə, evə gələndə mənzildəki 12 min dollar pulun, Quran üçün nəzərdə tutulmuş xüsusi qızıl qabın, svarovski daşlarla bəzədilmiş bilərziyin, 3 ədəd qızıl boyunbağının, 2 ədəd qızıl qolbağın, üzük, sırğa və digər bahalı əşyaların oğurlandığını müəyyən edib.


Faktla bağlı araşdırmalara başlanılıb. Oğurluğu törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır./publika.az

Xəbər lenti

Çox oxunanlar