Xəzər Xəbər

İnsanları zəhərləmək istəyənlər ələ keçdilər

Hadisə | 13:51 • 20 Oktyabr 2018
İnsanları zəhərləmək istəyənlər ələ keçdilər
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.


XəzərXəbər xəbər verir ki, növbəti belə tədbir DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.

Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim Məmmədov və Teymur Bağırov tərəfindən kəsilmiş, çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib. Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar