Xəzər Xəbər

Masallıda psixotrop dərman satanlar tutuldu

Hadisə | 12:33 • 20 Oktyabr 2018
Masallıda psixotrop dərman satanlar tutuldu
Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köçərli kənd sakini Tarix Gülverdizadənin idarə etdiyi "Mercedes” markalı avtomobildən 208 ədəd, şəhər sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırovdan isə 53 ədəd metadon həbləri aşkar edilərək götürülüb.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, davam etdirilən tədbirlərlə C.Bağırova həbləri satmaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Səid Məmmədli də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti