Xəzər Xəbər

Bakıda 5 nəfər liftdə qalıb

Hadisə | 09:38 • 18 Sentyabr 2018
Bakıda 5 nəfər liftdə qalıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai, Binəqədi və Suraxanı rayonlarında 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyatlar başa çatıb.


Digər məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Xəbər lenti