Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər
İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində
qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə
növbəti reyd keçirilib.
Nazirlikdən verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Faxralı kəndi ərazisində yaş köküstə 32-34 sm diametrliyində 2 söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib.
Araşdırma
zamanı ağacların Faxralı kənd sakini Sübhan Alıyev tərəfindən kəsildiyi
və təbiətə 650 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı
qanun pozucusu barəsində protokol tərtib edilib və ona 2000 manat
məbləğində cərimə tətbiq olunub.