Xəzər Xəbər

Qubada toyda itən azyaşlı tapılıb

Hadisə | 14:21 • 8 Avqust 2018
Qubada toyda itən azyaşlı tapılıb

Qubada toyda itən azyaşlı tapılıb.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, avqustun 7-də axşam saatlarında Quba Rayon Polis Şöbəsinə rayondakı şadlıq saraylarının keçirilən toy məclisi zamanı qonaqlardan birinin azyaşlı uşağının itməsi barədə məlumat daxil olub. Dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.


Keçirilmiş axtarış tədbirləri nəticəsində qısa bir zamanda 4 yaşlı oğlan uşağı şadlıq sarayından 2 kilometr aralıda tapılaraq rayon polis şöbəsinə gətirilib və ailəsinə təhvil verilib.

Xəbər lenti