Xəzər Xəbər

Bakıda anbarda yanğın baş verib

Hadisə | 18:31 • 6 Avqust 2018
Bakıda anbarda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakının Nərimanov rayonu ərazisində yerləşən anbarda yanğın baş verib.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

Xəbər lenti