Xəzər Xəbər

Lerik meşəsindəki yanğın söndürülüb

Hadisə | 19:40 • 3 Avqust 2018
Lerik meşəsindəki yanğın söndürülüb

Bu gün günorta saatlarında Lerik meşəbəyliyində baş verən yanğın söndürülüb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) xezerxeber.az-a verilən məlumata görə, mürəkkəb relyefli, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və rayon sakinləri cəlb olunub.


Yanğın 18:00 radələrində söndürülüb və 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.


Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Xəbər lenti