Xəzər Xəbər

Axtarışda olan şəxs oğurluq üstündə tutuldu

Hadisə | 14:13 • 16 İyul 2018
Axtarışda olan şəxs oğurluq üstündə tutuldu

Qusar Rayon Polis Şöbəsinə müraciət edən C.Nurullayev iyulun 14-də şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Çingiz Rəhimov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.


Araşdırmalar zamanı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Çingiz Rəhimovun bir gün əvvəl Gündüzqala kənd sakini R.Rəsulovun da mobil telefonunu oğurladığı müəyyənləşib.

Xəbər lenti