Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Hadisə | 11:19 • 28 May 2018
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində qeydə alınmış 188 cinayət faktından 40-nın üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş doqquz yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, 16 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 18 fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Xəbər lenti