Xəzər Xəbər

Sabunçuda maskalı şəxslər evə basqın etdi

Hadisə | 11:54 • 21 Aprel 2018
Sabunçuda maskalı şəxslər evə basqın etdi
Aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb edib, istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıb. Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Xəbər lenti