Xəzər Xəbər

Qubada qadını qəbiristanlıqda döyərək öldürdülər

Hadisə | 11:58 • 18 Aprel 2018
Qubada qadını qəbiristanlıqda döyərək öldürdülər
Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olmuş Mişi Miqirov saxlanılıb.


DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti