Xəzər Xəbər

Təyyarə qəzasına səbəb nə olub?

Hadisə | 12:30 • 12 Fevral 2018
Təyyarə qəzasına səbəb nə olub?

Əlverişsiz hava şəraiti, insan faktoru və laynerin texniki vəziyyəti An-148 təyyarəsinin qəzaya uğramasının mümkün səbəbləri kimi nəzərdən keçirilir. Digər versiyalar da araşdırılır.

Xezerxeber.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, təyyarənin qalıqları böyük əraziyə səpələndiyindən axtarış işləri 7 gün davam edə bilər. Bunu faciənin baş verdiyi rayona gələn Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov bildirib.

Xatırladaq ki, Moskva-Orsk reysi üzrə uçuş həyata keçirən təyyarə Domodedova hava limanından qalxdıqdan 4 dəqiqə sonra radarlardan itib. Hadisə zamanı təyyarənin göyərtəsində 71 nəfər - 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur. Sərnişinlər arasında Azərbaycan vətəndaşının da olduğu təsdiqlənib.

Həlak olanların bir neçəsinin cəsədi Moskva ətrafındakı Ramenski rayonunun Stepanovskoye kəndi yaxınlığında aşkarlanıb.

Xəbər lenti