Xəzər Xəbər

Avtobus "İblisin burnu"ndan uçuruma düşdü: 13 ölü

Hadisə | 10:00 • 22 Yanvar 2018
Avtobus "İblisin burnu"ndan uçuruma düşdü: 13 ölü

Kolumbiyada avtobus uçuruma yuvarlanıb.

Trend-in məlumatına görə, hadisə ölkənin qərbində, Pasto şəhərindən Tumako limanına gedən yolda baş verib. Avtobus torpaq sürüşməsi səbəbindən uçuruma düşüb.

Yerli polis həmin sahənin 66 metr yüksəklikdə yerləşdiyini və "İblisin burnu" kimi tanındığını bildirib.

Qəza nəticəsində ən azı 13 nəfərin həlak olduğu bildirilir. Onlardan 7-si kişi, 5-i qadın, biri isə 6 aylıq körpədir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar