Xəzər Xəbər

Bakıda evdən 15 minlik qızıl oğurlanıb

Hadisə | 14:07 • 16 Yanvar 2018
Bakıda evdən 15 minlik qızıl oğurlanıb

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşları tərəfindən yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 2000 manat və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Şamxal Salmanov və Zamir Əliyev saxlanılıblar.

Xəbər lenti