Xəzər Xəbər

İspaniyada sərnişin qatarı relsdən çıxıb, xeyli sayda yaralı var

Hadisə | 16:17 • 29 Noyabr 2017
İspaniyada sərnişin qatarı relsdən çıxıb, xeyli sayda yaralı var

İspaniyanın cənubunda yerləşən Əndəlüs regionunda Malaqadan Seviliyaya gedən sərnişin qatarının relsdən çıxması nəticəsində 21 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.


AZƏRTAC istinadla xəbər verir ki, "Mundo” qəzetinin yaydığı məlumata görə, insident noyabrın 29-da səhər saatlarında Araal bələdiyyəsi yaxınlığında, dəmir yolunun yağışların zərər vurduğu hissəsində baş verib.


Yaralılara ilk tibbi yardım yerli fermerlər tərəfindən göstərib, sonradan xilasedicilər və həkimlər qəzanın baş verdiyi əraziyə gəlib. Yaralıların təxliyəsi üçün helikopterlər cəlb olunub.

Xəbər lenti