Xəzər Xəbər

“VAZ-2107” tapıldı İçərisindəki 150 min manatlıq qızıl yoxa çıxıb

Hadisə | 15:34 • 28 Noyabr 2017
“VAZ-2107” tapıldı

Mingəçevir şəhərində qaçırılan və içərisində 150 min manat dəyərində qızıl-zinət əşyalar olan avtomobil tapılıb.

XəzərXəbər ”Report”a istinadən xəbər verir ki, dünən axşam saatlarında qızıl mağazasının sahibi Azər Müzəffərova məxsus, içərisində 150 min manatlıq qızıl-zinət əşyaları ilə birgə qaçırılmış "VAZ-2107” markalı avtomobil Yevlax rayonu ərazisində tapılıb.

Məlumata görə, avtomobil rayonun Havarlı kəndi yaxınlığında aşkar edilib. Avtomobildə olan qızıl-zınət əşyaları yoxa çıxıb. İlkin ehtimallara görə, avtomobili qaçıran şəxs və ya şəxslər qızıl-zinət əşyalarını götürüb qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Çox oxunanlar