Xəzər Xəbər

Tbilisidə 4 azərbaycanlı saxlanılıb

Hadisə | 10:45 • 10 Noyabr 2017
Tbilisidə 4 azərbaycanlı saxlanılıb

Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.


Əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.


DİN faktla bağlı istintaq aparır.


Qeyd edək ki, son aylar Poniçalada keçirilmiş xüsusi əməliyyatlar zamanı 30 nəfərə yaxın şəxs saxlanılıb. (APA)

Xəbər lenti