Xəzər Xəbər

Gömrükdə “Tramadol” aşkarlandı

Hadisə | 11:48 • 17 Oktyabr 2017
Gömrükdə “Tramadol” aşkarlandı

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara şəhərində Azərbaycan Respublikasının vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Aşkar olunan 9028 ədəd "Tramadol"un təsiredici maddəsinin ümumi miqdarı 1819,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti