Xəzər Xəbər

Gürcüstandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Hadisə | 14:41 • 23 Sentyabr 2017
Gürcüstandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar