Xəzər Xəbər

Azərbaycanda yol qırğını davam edir: 5 ölü, 11 yaralı

Hadisə | 11:11 • 15 Sentyabr 2017
Azərbaycanda yol qırğını davam edir:

Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər ölüb. Lent.az xəbər verir ki, sentyabrın 14-də ölkə yollarında ümumilikdə 12 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən şəxslərdən başqa daha 11 nəfər orta-ağır və ağır xəsarət alıb.

Baş vermiş qəzalar arasında ən ağırı Hacıqabulda baş verib. Burada "İnfiniti” markalı avtomobil toydan qayıdan ər və arvadını vurub öldürüb. Masallıda isə yük maşınına çırpılan potosikletin sürücüsü vəfat edib.

Digər iki ölüm faktı Bakıda baş verib. Xətai rayonunda "Ford” 66 yaşlı kişini, Yasamalda isə marşrut avtobusu yolu keçmək istəyən qadını vurub öldürüb.

Xəbər lenti