Xəzər Xəbər

Zığ yolunda ağır qəza: ölən var

Hadisə | 09:49 • 15 Sentyabr 2017
Zığ yolunda ağır qəza:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 20 radələrində Xətai rayonu Zığ yolunda "Ford" markalı, 90 HU 342 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 66 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar