Xəzər Xəbər

İtkin düşən abituriyent tapıldı Az bal topladığı üçün...

Hadisə | 12:45 • 26 İyul 2017
İtkin düşən abituriyent tapıldı

İtkin düşən neftçalalı abituriyent tapılıb.

Bakıda qəbul imtahanında iştirak edəndən sonra itkin düşdüyü bildirilən Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu evlərinə dönüb.

Onun atası Yaşar Əliyevin verdiyi məlumata görə, oğlu Bakıda dostlarının yanında olub, qəbul imtahanlarında az bal topladığı üçün evlərinə dönməyə utandığını bildirib.

Xəbər lenti

Çox oxunanlar