Xəzər Xəbər

Bankın yaxınlığında partlayış törədildi – 20 nəfər öldü

Hadisə | 13:03 • 22 İyun 2017
Bankın yaxınlığında partlayış törədildi

Əfqanıstanın Hilmənd vilayətində avtomobilin partladılması nəticəsində 20 nəfər ölüb, azı 50 nəfər yaralanıb.

Ləşkərgah şəhərində baş verən partlayışdan sonra silahlı şəxslərin Yeni Kabil Bankına hücum etdiyi də qeyd olunur.

Məlumata görə, həlak olanlar və yaralılar arasında hərbçilər də var.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar