Xəzər Xəbər

Bakıda 3 oğru tutuldu

Hadisə | 15:23 • 27 May 2017
Bakıda 3 oğru tutuldu

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. 


Xezerxeber.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən mayın 18-də Z. Abıyevaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Əhmədov saxlanılıb.

Habelə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə nəticəsində mayın 25-də rayon ərazisindəki evlərdən birindən 890 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nahid İsmayılov da tutulub.

Həmçinin, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 11-də rayon ərazisindəki evlərdən birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Əhmədov da saxlanılıb

Xəbər lenti

Çox oxunanlar