Xəzər Xəbər

Oğurlayan peşman olub geri qaytarır FOTOLAR

Hadisə | 13:17 • 22 May 2017
Oğurlayan peşman olub geri qaytarır

İtaliyada hər il 2,5 milyon turistin ziyarət etdiyi Pompey antik şəhərindən oğurluq edən turistlər, buradan oğurladıqları əsərləri lənət gətirdiyi qorxusu ilə geri qaytarırlar.

Pompey qazıntılardan üzrə professor Massimo Osanna bildirib ki, son illərdə çoxlu sayda turist buradan oğurladığı qalıqları yazdıqları məktubla bəbarəb geri göndərirlər.

Professor Osanna İtaliya mediasına verdiyi açıqlamada bildirib ki, məktublarda bəzi turistlər lənət qorxusu ilə, bəziləri də peşman olduqları üçün oğurladıqlarını geri qaytardıqlarını yazırlar. Osanna geri göndərilən oğurlanmış hissələr və üzr məktublarından ibarət "Pompeydən gətirdiklərim" adlı sərgi açmaq istədiyini deyib.

Eramızın 79-cu ilində Vezuvi vulkanının güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olub. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilib və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənib. Zəhərli qaz və isti külün təsiri ilə məhv olan canlıların qalıqları indiyədək qalmaqdadır.

Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilib. Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir./FaktXəbər

Xəbər lenti