Xəzər Xəbər

"Regionda sülh və sabitlik həlledici əhəmiyyət daşıyır"

Gündəm | 13:38 • 23 May 2025
"Regionda sülh və sabitlik həlledici əhəmiyyət daşıyır"

Cənubi Qafqaz regionunda sülh və sabitlik həlledici əhəmiyyət daşıyır və bu, hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixail Kavelaşvili "İmedi" televiziya kanalna müsahibəsində söyləyib.

Prezident deyib ki, rəsmi Tbilisi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizama salınmasında maraqlıdır və bu istiqamətdə səylərini davam etdirəcək.

"Bir müddət əvvəl regionumuzda Ermənistan və Azərbaycan arasında gərginlik baş verdi. Biz bu məsələnin sülh yolu ilə nizama salınmasında maraqlı tərəflərdən biriyik. Hər iki ölkənin hökumətlərinə bu istiqamətdə nümayiş etdirdikləri səylərə görə təşəkkürümü bildirirəm", - deyə Kavelaşvili vurğulayıb.

 

 

Xəbər lenti