Xəzər Xəbər

Bu şəxslər diplomatik pasport əldə edə biləcəklər

Gündəm | 12:45 • 23 May 2025
Bu şəxslər diplomatik pasport əldə edə biləcəklər

Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti