Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda danışıqlar aparılır.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, danışıqların hazırkı formatı özünü doğruldur və tərəflər dialoqu vasitəçilərin iştirakı olmadan davam etdirmək niyyətindədir.
“Rusiya da vasitəçi olub. İndi biz Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik. Rusiyanın vasitəçiliyinə ehtiyac görmürük”, - Qriqoryan qeyd edib.
Qriqoryan, sülh sazişinin imzalanması ilə bağlı hələlik xəbər olmadığını bildirib.