Xəzər Xəbər

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşüb FOTO

Gündəm | 14:55 • 30 Aprel 2025
Azərbaycan və Küveyt XİN rəhbərləri görüşüb

Küveytdə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu dövlətin xarici işlər naziri Abdullah Əli əl-Yahya ilə görüşüb.

XİN-dən Xezerxeber.az-a verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyaları, eləcə də humanitar aspektləri nəzərdən keçirilib. 
Tərəflər həmçinin Yaxın Şərqdə təhlükəsizliklə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.

Xəbər lenti