Xəzər Xəbər

Türkiyə Netanyahunun təyyarəsinə öz hava məkanından istifadəyə icazə verib

Gündəm | 14:07 • 30 Aprel 2025
Türkiyə Netanyahunun təyyarəsinə öz hava məkanından istifadəyə icazə verib

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Azərbaycana səfər üçün öz hava məkanından istifadəyə icazə verib.

Bu barədə məlumatı “AIA Global News” (“Azerbaijani-Israeli Alliance Global News”) portalı yayıb. 

Məlumatda qeyd edilib ki, İsrailin Baş naziri mayın 7-də axşam saatlarında “Kanaf Zion” adlı hökumət təyyarəsi ilə Azərbaycana yola düşəcək.

Netanyahunun təyyarəsinə Türkiyə səmasından uçuşa icazə verilməsinə Azərbaycanın vasitəçilik etdiyi bildirilir.

"Times of Israel" nəşrinin Baş nazirin ofisindən əldə etdiyi məlumata görə, Benyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək, mayın 11-də İsrailə qayıdacaq.

Mayın 8-də Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.

Həmin gün Netanyahunun Azərbaycanın Milli Qəhrəmanı, milliyətcə yəhudi Albert Aqarunovun məzarını ziyarət edəcəyi də gözlənilir. (Modern.az)

Xəbər lenti