Xəzər Xəbər

Hikmət Hacıyev: Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəməsi əleyhinə təbliğat aparır

Gündəm | 10:02 • 8 Mart 2025
Hikmət Hacıyev: Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəməsi əleyhinə təbliğat aparır

Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasında paylaşım edib.

Hikmət Hacıyev qeyd edib ki, məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onları məhkəmə prosesinə qarşı yeni bir təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edib.

"Məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir", - o deyib.

Xəbər lenti