Xəzər Xəbər

Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Gündəm | 18:40 • 15 Fevral 2025
Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə Azərbaycan və Ermənistan arasındakı sülh prosesini müzakirə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım olunub.

Tərəflər arasında Azərbaycan-ATƏT əməkdaşlığının əsas istiqamətləri, ATƏT-in üzləşdiyi çağırışlar, regional və qlobal təhlükəsizliyə təhdidlər, eləcə də regionda vəziyyət ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti