Xəzər Xəbər

Daxili Qoşunlar və DSX hərbçilərinə mənzil verilməsi təklif olunub

Gündəm | 12:28 • 3 Fevral 2025
Daxili Qoşunlar və DSX hərbçilərinə mənzil verilməsi təklif olunub

Milli Məclisdə 20 il qüsursuz xidmət edən Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin hərbçilərinə mənzil verilməsi təklif olunub.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

"Hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq. Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir. Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Onlarla əmək müqaviləsini bağlasaq, bu problemlər yaranmaz, onların da məhkəmələrə müraciət etmək hüquqları yaranacaq”, - deyə deputat bildirib.

Xəbər lenti