Xəzər Xəbər

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Gündəm | 17:45 • 17 Yanvar 2025
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri yanvarın 17-də başa çatıb.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.

Xəbər lenti