Xəzər Xəbər

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

Gündəm | 15:32 • 11 Yanvar 2025
Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə səfir təyinatını təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, müvafiq qərar şənbə günü, yanvarın 11-də qüvvəyə minib və Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.

Türkiyə liderinin qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub.

Bundan başqa, Türkiyənin daha beş ölkədə - Almaniya, İordaniya, BƏƏ, Mozambik və Kubadakı diplomatik nümayəndəliklərinin rəhbərləri dəyişib.

Xəbər lenti

İntensiv yağış yağacaq
16:29 • 17 Yanvar 2025