Xəzər Xəbər

Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

Gündəm | 09:24 • 11 Yanvar 2025
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - paylaşımda deyilir.

Xəbər lenti

İntensiv yağış yağacaq
16:29 • 17 Yanvar 2025