Xəzər Xəbər

Azərbaycan XİN Polşa Prezidentinin "binokl şousu”nda iştirak etməsindən təəssüfləndiyini DEYİB

Gündəm | 17:15 • 27 Noyabr 2024
Azərbaycan XİN Polşa Prezidentinin "binokl şousu”nda iştirak etməsindən təəssüfləndiyini

Xarici işlər Nazirliyi Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” platformasındakı paylaşımında bildirilib.

Qeyd edilib ki, Polşa Prezidentinin Ermənistan-Azərbaycan sərhəd ərazisinə səfəri müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa institutlarının Azərbaycan əleyhinə siyasətinin bir daha nümayişidir.

“Rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan yolverilməz diplomatik “binokl şousu”na qatılmasını dərin təəssüf hissi ilə qarşılayırıq.

Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdikləri çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu provokativ addımdan çəkinmədi”, - məlumatda bildirilib.

Vurğulanıb ki, Azərbaycan bu dost olmayan addıma qarşı lazımi diplomatik tədbirləri görmək hüququnu saxlayır.

Xəbər lenti

Çox oxunanlar