Xəzər Xəbər

Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib

Gündəm | 21:21 • 11 Noyabr 2024
Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib

Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti