Xəzər Xəbər

"Sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoyulmalıdır"

Gündəm | 11:08 • 4 Noyabr 2024
"Sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoyulmalıdır"

Son 35 ildə məruz qaldığımız 907-ci düzəlişə baxmayaraq, yerləşdiyimiz bölgədə genişmiqyaslı sanksiyalara məruz qalmayan tək ölkəyik. Prezident İlham Əliyev strateq kimi Azərbaycanı beynəlxalq iqtisadi-siyasi cəza və qadağalardan qoruyur.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda keçirilən dəyirmi masada söyləyib.

O, sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoyulmasının vacib olduğunu vurğulayıb.

Xəbər lenti