Xəzər Xəbər

İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər

Gündəm | 16:15 • 1 Noyabr 2024
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana

İspaniya hökumətinin sədri Pedro Sançez bu il Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Azərbaycana gələcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın yeni səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edərkən məlumat verilib.

Dövlət başçısı İspaniya hökumətinin sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək qeyd edib ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəyə ilk səfər olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

Xəbər lenti

Çox oxunanlar