Növbədənkənar parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır. Ümumilikdə bizə daxil olan bütün görüntülərə baxılmalıdır.
Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 9-da keçirilən iclasında söyləyib
O bildirib ki, bəzi görüntülər oxşarlıq təşkil edir. Bunun üçün bütün prosesi əhatə edən əsas görüntülərə baxmaq lazımdır. Ümumiyyətlə, növbədənkənar parlament seçkiləri ilə əlaqədar bütün məntəqələrdəki əsas görüntülərə baxılacaq.