Xəzər Xəbər

COP29 çərçivəsində dini liderlərin toplantısının keçirilməsi üçün birgə İŞLƏR APARILIR

Gündəm | 19:24 • 8 İyun 2024
COP29 çərçivəsində dini liderlərin toplantısının keçirilməsi üçün birgə

COP29 çərçivəsində dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlər aparılır.

Xezerxeber.az  xəbər verir ki, bu barədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı danışıb.

Belə ki, Azərbaycan Prezidenti ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb.

Öz növbəsində Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024