Xəzər Xəbər

Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir

Gündəm | 17:34 • 28 May 2024
Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir

“Gürcüstan Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edir”.

Xezerxeber.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsində paylaşımında bildirib.

Paylaşımda deyilir: “Gürcüstanın strateji tərəfdaşı və yaxın qonşusu olan Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə, eləcə də həmkarım Ceyhun Bayramova ürəkdən təbriklərimi çatdırıram. Biz etibarlı strateji tərəfdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik”.

Xəbər lenti

Çox oxunanlar