Xəzər Xəbər

Cozef Bayden İlham Əliyevi təbrik edib

Gündəm | 14:00 • 25 May 2024
Cozef Bayden İlham Əliyevi təbrik edib

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Xezerxeber.az-ın məlumatına görə, təbrikdə deyilir: 

Hörmətli cənab Prezident.

"Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz, həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyati əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk.

Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetmənin gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq.

Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycanın və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayır və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".

Rubrikanın digər xəbərləri

YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə
YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib
17:39 • 20 İyun 2024
Müdafiə nazirinin müavini İtaliyada
Müdafiə nazirinin müavini İtaliyada səfərdədir
17:02 • 20 İyun 2024
Beyləqan Rayon Polis Şöbəsinin DYP Bölməsinə
Beyləqan Rayon Polis Şöbəsinin DYP Bölməsinə təyinat olub
14:08 • 20 İyun 2024
DTX-dan vacib məlumat
DTX-dan vacib məlumat Prezident və digər dövlət xadimlərinin...
09:33 • 20 İyun 2024
BMT-də Bakı Təşəbbüs Qrupundan mühüm
BMT-də Bakı Təşəbbüs Qrupundan mühüm KONFRANS
19:51 • 19 İyun 2024
Ceyhun Bayramovun Pakistan XİN rəhbəri ilə telefon
Ceyhun Bayramovun Pakistan XİN rəhbəri ilə telefon danışığı olub
17:48 • 19 İyun 2024
Bakıdan Irəvana
Bakıdan Irəvana CAVAB
16:09 • 19 İyun 2024

Xəbər lenti